Küknarı məşhur ulduz alovlandıracaq

27 Noyabr 2014 18:35 (UTC+04:00)

Qərb dünyası Yeni ilə və Milad bayramına xüsusilə hazırlaşır. Amerikanın əsas xəbər kanalı "CNN"bu il Milad küknarını alovlandıracaq fəxri vətəndaşın adını açıqlayıb. Bu il bu vəzifə Hollivud ulduzu Tom Henksin üzərinə düşüb. Bu işdə aktyora həyat yoldaşı, aktrisa Rita Uilson da yardımçı olacaq.

Dekabrın 4-ü cütlük küknar ağacını alovlandıracaq. Tədbir Ağ Evin yanında baş verəcək və onları məşhur simalar müşayiət edəcəklər.

Qeyd edək ki, Tom Henks ölkəsinin aktiv vətəndaşlarından biri kimi tanınır. O, carı prezidentin seçki öncəsi təbliğatının aparılmasında ən nəhəng sponsorlardan biri olub.