Məşhurların ən bərbad və ən ideal makiyajları - Fotolar

1 Dekabr 2014 15:38 (UTC+04:00)

Məşhurların gözəl görünməsi üçün onlarla bir neçə stilist və peşəkar makiyaj ustaları çalışsalar da, bəzən ürəkbulandıran görüntülərlə də qarşılaşırıq. Bəziləri ən önəmli tədbirlərə və mərasimlərə makiyajlarını sanki 1 dəqiqə ərzində tələm-tələsik edərək çıxıblarmış kimi görünür.

Əlində bu qədər imkan olduğu halda özünü çirkinləşdirmək üçün əlindən gələni edən qadınları düzü anlamıram. Tabloid.az "cosmopolitan.com" saytına istinadən məşhurların səhv və düzgün makiyajlarına aid fotoları təqdim edir. Bu fotolara baxdıqdan sonra arada olan dağlar qədər fərqi görməmək mümkün deyil. Əgər siz də gülməli vəziyyətə düşmək istəmirsinizsə, makiyaj edəndə diqqətli olun.