Ali Ağaoğlu: “Aşiqəm, xoşbəxtəm” - Fotolar

7 Yanvar 2015 12:55 (UTC+04:00)

Türkiyənin ən tanınmış iş adamı Ali Ağaoğlunun özündən 37 yaş kiçik sevgilisi Hazal Məsudiyyəlidən ayrıldığını və keçmiş sevgilisi, Rusiya gözəli seçilmiş Sofia Larinaya qayıtdığını xəbər vermişdik.

Eşqlərinə qaldıqları yerdən davam edən cütlük ötən gün birlikdə görüntülənib. Sofiya ilə gecələr tez-tez lüks məkanlara gedən milyonçu çox xoşbəxt olduğunu etiraf edib.

"Aşiqəm, xoşbəxtəm. Dünyada ən gözəl xoşbəxtçilik aşiq olmaqdır", - deyən Ali Ağaoğlu daha sonra gənc sevgilisi ilə lüks maşınına minərək oradan uzaqlaşıb.

Tabloid.az