Sabah 10 dərəcə isti olacaq

11 Yanvar 2015 20:28 (UTC+04:00)

Azərbaycan sinoptikləri həftənin ilk iş gününün hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən verilən məlumata görə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.