Gözəl görünmək üçün dərini ölü hüceyrələrdən təmizləmək çox önəmlidir. Bunu təbii məhsullarla həyata keçirmək isə daha faydalı və sərfəlidir.
Tabloid.az banan və yulafdan hazırlanan möhtəşəm skrab reseptini təqdim edir:
Bu skrab vasitəsilə daha gənc və sağlam görünən üz dərisinə sahib olacaqsınız. Çünki skrab dərini ölü hüceyrələrdən təmizləyir. Sızanaq, qara nöqtə, ləkə kimi dəri problemlərindən xilas edir.
Tərkibi:
1 banan
Yarım stəkan yulaf
Hazırlanması:
Bananın qabığını soyub əzin və suda bişirdiyiniz yulafla qarışdırın. 10 dəqiqə gözlədikdən sonra üzünüzə çəkin. Üzdə 10-15 dəqiqə qaldıqdan sonra ilıq su ilə təmizləyin.
Tabloid.az