İrina Şeyk Ronaldodan ayrıldı - Fotolar

14 Yanvar 2015 17:51 (UTC+04:00)

Dünyaca məşhur cütlük İrina Şeyklə Kristiano Ronaldonun ayrıldıqları iddia olunub. İddialara səbəb Ronaldoyla İrinanın son vaxtlar birlikdə görüntülənməmələridir. Demək olar ki, hər yerə birlikdə gedən, əkizlər kimi bir-birlərindən ayrı qala bilməyən sevgililər son günlər hər yerə tək gedirlər.

Ötən gün baş tutan “Qızıl qlobus” mükafatlandırılma gecəsinə də cazibədar modelin tək qatılması da dedi-qoduların doğru olduğunu sübut edir.

Tabloid.az