Misirin yeni baş naziri seçilib

26 Fevral 2014 00:31 (UTC+04:00)

Misirin yeni baş naziri vəzifəsinə İbrahim Məhləb təyin edilib.

Misirin müvəqqəti prezidenti Ədli Məsur ölkənin kommunal və inşaat sektoruna rəhbərlik edən İbrahim Məhləbə hökuməti formalaşdırmağı tapşırıb.

Xatırladaq ki, Misir hökuməti və baş nazir Hazem əl-Bəblavi ötən gün istefaya gedib.

Qeyd edək ki, Hazem Əl-Bəblavi hökuməti 2013-cü il iyulun 3-də prezident Məhəmməd Mursi devriləndən sonra formalaşdırılmışdı. /anspress/