Canəli Əkbərov Samir Piriyevi onu aldatmaqda ittiham etdi

12 Fevral 2015 15:12 (UTC+04:00)

Xalq artisti Canəli Əkbərov Samir Piriyevi onu aldatmaqda ittiham edib. Tabloid.az xəbər verir ki, xanəndə bu barədə “Hər şey daxil” verilişinə açıqlama verib. Zarafatyana dediyi fikrini isə belə əsaslandırıb: "İnsanların səmimiyyətə ehtiyacı var. Samir Piriyevə 70 min manatlıq maşınımı etibar etdim. Zaur Baxışəliyevin verilişinə çəkilmək məqsədi ilə uzaq rayonlardan birində idik. Saqqızımı oğurladı ki, maşınımı o sürsün. Mən də icazə verdim. Dubaya getməyə hazırlaşdığını, qayıdanda mənə oradan bir maşın gətirəcəyini dedi. Dubaydan maşın, deyəsən, piyada gəlir. Çünki hələ də gəlib mənə çatmayıb".