Ailə qurmaq Sevda Ələkbərzadəni ilhamlandırıb

14 Fevral 2015 12:55 (UTC+04:00)

Ötən il ailə həyatı quran əməkdar artist Sevda Ələkbərzadə həyatından razıdır. Tabloid.az xəbər verir ki, ATV telekanalına açıqlamasında müğənni həyatındakı dəyişiklikdən ilham aldığını etiraf edib: "Qış aylarıda yay fəslini yaşayıram. Bu, daxili aləmimlə bağlıdır. Bu günlərimdən ilhamlanıb yazdığım mahnını yay aylarında dinləyicilərin ixtiyarına verəcəyəm”.

Müğənni, həmçinin, mütəmadi olaraq xalqın içində olduğundan da bəhs edib: "Küçədə gəzərkən papağı başıma qoyub, şarfla ağzımı bağlayıram. Buna baxmayaraq, tanıyanlar olur. İnsanlardan çox gözəl münasibət görürəm. Mənə hörmətlə yanaşırlar”.