Ərindən boşanan cazibədar model yeni fotosessiya etdirdi

25 Fevral 2015 20:28 (UTC+04:00)

Məşhur model və aparıcı Çağla Şikel yeni reklama çəkilib. Ötən ay həyat yoldaşı, müğənni Əmrə Altuğdan boşanan model bütün enerjisini karyerasına yönəldib.

Bu dəfə “Milla by trendyol”un siması seçilən gözəlçə brendin yeni kolleksiyası üçün kamera qarşısına keçib.

Ağ, boz və qara rənglərin üstünlük təşkil etdiyi kolleksiyanın geyimlərində pozalar verən 2 uşaq anası model ideal bədən quruluşu ilə diqqət çəkib.

Tabloid.az