Qidadan zəhərlənib öldü

18 Aprel 2015 16:11 (UTC+04:00)

Sumqayıt şəhər sakini Zəlimxan Nənəcanov qidadan zəhərlənib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 8-də Sumqayıt şəhərində yaşayan Zəlimxan Nənəcanov qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. O, aprelin 17-də elə xəstəxanadaca ölüb.

Faktla bağlı araşdırma aparılır.