“Yadplanetli”nin növbəti uğuru

21 Aprel 2015 03:31 (UTC+04:00)

“Barselona”nın ulduz futbolçusu Lionel Messi xarüqələr yaratmaqda davam edir.

Publika.az xəbər verir ki, La Liqanın son turunda “Valensiya”yla matçda fərqlənən argentinalı dahi Kataloniya klubunun heyətində rəsmi oyunlarda 400-cü qolunu vurdu. Avropa klublarında indiyədək cəmi 7 futbolçu bu nailiyyəti əldə edib.

Messi 400 qoldan 223-nü “Nou Kamp”da, 177-ni isə səfər meydançalarında vurub. Onun sol ayağından çıxan 316 zərbə dəqiq olub. Qollardan 65-ni sağ ayağıyla, 17-ni başla, birini sinəsiylə, birini isə əliylə vurub.

Leonun qollarının turnirlər üzrə bölgüsü belədir: La Liqa – 278 qol (309 oyun), İspaniya kuboku – 32 (49), Çempionlar Liqası – 75 (95), İspaniya Superkuboku – 10 (11), UEFA superkuboku – 1 (3), Klublararası dünya çempionatı – 4 (4).

Statistika həvəskarları üçün Messinin 2004/05 mövsümündən başlayaraq mövsüm ərzində vurduğu qol sayını ardıcıllıqla təqdim edirik: 1+8+17+16+ 38+47+53+73+60+41+46.