Avstriya “erməni soyqırımı”nı tanıdı

22 Aprel 2015 16:35 (UTC+04:00)

Avstriya parlamenti 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri “soyqırımı” kimi tanıyıb.

Publika.az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, avstriyalı deputatlar Türkiyəni də eyni addımı atmağa çağırıblar.

Avstriya parlamenti həmçinin etiraf edib ki, baş verənlərə görə tarixi məsuliyyətin bir hissəsi Avstriyanın üzərinə düşür. Qəbul olunan sənəddə Avstriya-Macarıstan imperiyasının Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının müttəfiqi olduğu xatırlanıb.

Ömər Dağlı