Alessandra Ambrosio aksessuar kolleksiyasını təqdim edib – FOTOLAR

27 Aprel 2015 12:15 (UTC+04:00)

Bu yaxınlarda Alessandra Ambrosio xüsusi brendi olan“Ale by Alessandra”yeni aksessuar xəttini buraxıb.

Publika.az xəbər verir ki, aksessuarlar son zamanlar aktual olan hippi tərzindədir.

İnternet məkanında artıq yeni kolleksiyanın təzə şəkilləri yayılıb. Yeni kolleksiyanın reklam siması da Alessandra Ambrosio özüdür. Kolleksiyada iri daşlar və ya maraqlı elementlərlə işlənmiş bəzək əşyaları görmək olar.

Modelin brendinin yeni əsərlərinə baxmağı və qiymətləndirməyi təklif edirik.

AYTƏN