Aeroport yolunda hərəkət məhdudlaşdırılır

30 Aprel 2015 18:50 (UTC+04:00)

Sabah Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri, yolgöstərici xətlərinin, piyada keçidlərinin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Gülnar Əliyeva