Qəzada ağır xəsarət alan azyaşlı xəstəxanada öldü

1 May 2015 11:02 (UTC+04:00)

Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınmış yol qəzası zamanı xəsarət alan 9 yaşlı Orxan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, azyaşlının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, aprelin 27-də Qurban Maqsudovun idarə etdiyi “VAZ2108” markalı avtomobil yolu keçmək istəyən 53 yaşlı Bikə Mehdiyevanı və onun 9 yaşlı nəvəsi Orxanı vurub.

Xəsarət alan şəxslər dərhal 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanada onlara kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrində əzik diaqnozu qoyulub. Nənə Bikə Mehdiyeva palata şəraitində müalicəsini davam etdirsə də, 9 yaşlı Orxanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü saxlanılıb.

Anar Tağıyev