AZAL-ın legionerlərindən möhtəşəm Azərbaycan rəqsi - VİDEO

1 May 2015 14:25 (UTC+04:00)

Dünən AZAL klubunun düşərgəsində vur-çatlasın var idi.

Publika.az xəbər verir ki, klubun tərcüməçisi Elvin Yaqubovun toy gününə təşrif buyuran futbolçular təkcə yaşıl meydanda yox, şadlıq meydanında da bacarıqlarını göstəriblər. Xüsusilə də legionerlərin Azərbaycan mahnılarının sədaları altında həvəslə rəqs etməsi maraqlı alınıb.

Publika.az AZAL-ın legionerlərinin rəqsini təqdim edir.