AMEA-da magistratura oxumaq istəyənlərin nəzərinə

1 May 2015 18:54 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

Publika.az-ın məlumatına görə, AMEA üzrə magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl 4-8 may tarixlərində saat 10-dan 17-dək AMEA-da müsahibədən keçməlidirlər.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçirildiyi ünvanlar haqqında məlumathttp://www.tqdk.gov.az/news/master/1275/ linkində verilib.

Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir.

Qeyd edək ki, müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.