İtaliyada da çempion məlumdur

3 May 2015 12:09 (UTC+04:00)

Almaniya Bundesliqasının ardından İtaliya A seriyasında da 2014/15 mövsümünün qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, "Yuventus" sona 4 tur qalmış çempionluğunu elan edib.

Turin klubu 34-cü turda "Sampdoriya"nın qonağı olub. Oyun "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Arturo Vidal imza atıb.

Bu qələbə sayəsində хal hesabını 79-a yüksəldən "Yuventus" rəqibləri üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib. Bir oyun əskik keçirən "Latsio" Turin klubundan 17 хal geri qalır ki, qarşıdakı 5 oyunda onların bu fərqi aradan qaldırması mümkün deyil.

Qeyd edək ki, "Yuventus" ardıcıl 4-cü dəfə A seriyasının qalibi olub. Turin klubu ümumilikdə 33 dəfə İtaliya çempionatının qızıl medallarını qazanıb.