Dahi futbolçu bu hərəkətiylə özünü biabır etdi – VİDEO

4 May 2015 21:33 (UTC+04:00)

Futbol tarixinə adını yazdırmağı bacaran Ronaldinyo gülünc vəziyyətə düşüb.

Publika.az xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu karyerasının qürub çağında qeyri-adi driblinqləriylə yox, simulyasiyayla diqqət çəkib.

Meksika çempionatının 16-cı turunda keçirilən “Keretaro” – “Monarkas” matçında (2:1) qollardan birini Ronaldinyo penaltindən vurub. Amma braziliyalı təkcə bununla yadda qalmayib. Ronni meydanın mərkəzində aşkar simulyasiya etdiyi üçün sarı vərəqəylə cəzalanıb. Onun bu hərəkətinə tribunalara toplaşanlar da doyunca gülüb.