Mikayıl Cabbarov Ağsuda vətəndaşlarla görüşəcək

6 May 2015 11:19 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov mayın 12-də saat 11:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində mərkəzi qəbul keçirəcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.