Həyatınızı təhlükəyə atmayın! - VİDEO

6 May 2015 12:03 (UTC+04:00)

Nəqliyyat Nazirliyi və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin birgə layihəsi əsasında yeni videoçarx hazırlayıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırlanmış sosial videoçarx piyada keçidlərindən istifadə ilə bağlıdır.

“Piyada keçidindən istifadə edin, həyatınızı təhlükəyə atmayın!” sosial çarxda əsas deviz kimi seçilib.