Müsavatdan cavab: Aksiya iştirakçıları casusdurlar – REAKSİYA

6 May 2015 19:07 (UTC+04:00)

Müsavat rəhbərliyi bu gün partiyanın qərargahı önündə aksiya keçirərək Arif Hacılının istefaya çağıran müsavatçıları casusluqda ittiham edib.


Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında aksiya iştirakçılarını müsavatçılıq prinsiplərinə xəyanətdə günahlandırıb.


Onun sözlərinə görə, aksiyanı təşkil edənlər Müsavatda qalmayacaqlar.


“Onlar Müsavat daxilində yerləşdirilmiş casuslardır. Mən qəti şəkildə belə şəxslərin partiyada qalmaması məsələsini qaldıracam”, - deyə o ittiham edib.


Müsavat Məclisinin üzvü, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də Publika.az-a açıqlamasında aksiya iştirakçılarını iqtidara işləməkdə ittiham edib: “Müsavata qarşı aksiyada iştirak edənlər və bunun təşkilatçıları özlərinin kim olduqlarını tam ifşa etdilər”.


Qeyd edək ki, bu gün saat 16:00-da bir qrup Müsavat üzvü və partiyadan uzaqlaşdırılanlar qərargah önündə etiraz aksiyası keçirib. Aksiyada “Müsavat ailə partiyası deyil”, “Növbədənkənar qurultay çağırılsın”, “İstefa” şüarları səsləndirilib.


Asif Nərimanlı