İcra hakimiyyətinin maşını körpüdən aşdı: 2 ölü, 3 yaralı

6 May 2015 19:51 (UTC+04:00)

Qax rayon icra hakimiyyətinə məxsus avtomobil qəzaya uğrayıb.

Qax rayon icra hakimiyyətindən Publika.az-a verilən məlumata görə, idarəyə məxsus 34 AA 054 dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən aşıb. Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - icra hakimiyyətinin əməkdaşı Şahid Əhmədov və Vüqar Paşayev həlak olub. Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Qazaxov, Firudin Yusifzadə və Asif Məmmədzadə isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.