Flora Kərimova Brilliantdan nələr dedi?

4 Mart 2014 10:59 (UTC+04:00)

Xalq artisti Flora Kərimova həmkarı Brilliant Dadaşovaya o ki, var tərif yağdırıb.

Publika.az-ın məlumatına görə, müğənni hətta Brilliantla duet oxumaq arzusunu da gizlətməyib: “Brilliant xanım xüsusi ifaya malik müğənnidir. O, ifanın anasıdır, başlanğıc ondan gəlir. 90-cı illərdə onun bir mahnısı vardı, Cavanşir Quliyevin bəstəsi-mən o mahnını eşidəndə nə günə düşmüşdüm, bunu Allah bilir. Sənətkardır, dilinə görə dilçəyi də var. İstərdim onunla duet oxuyum. Əgər özünün marağı olarsa. Hətta onun tonallığında oxumağa da hazıram”.

Cəvahir Səlimqızı