Ötən ilin ən çox qazanan müğənniləri – Siyahı

8 May 2015 14:15 (UTC+04:00)

Məşhur “Billboard” jurnalı 2014-cü ildə ən çox gəlir əldə edən musiqiçilərin adlarını açıqlayıb.

Keti Perri siyahıda yer alan yeganə qadın müğənni olub.

Publika.az ötən il ən çox qazanan müğənnilərinin siyahısını təqdim edir:

  1. “One direction” qrupu, 46 milyon dollar
  2. Keti Perri, 30 milyon dollar
  3. Castin Timberleyk, 27,9 milyon dollar
  4. Coel Billi, 27,2 milyon dollar
  5. "The Eagles" qrupu, 26, 2 milyon dollar
  6. Pol Makkartni, 23,5 milyon dollar
  7. Corc Streyt, 22,5 milyon dollar
  8. Cey Zi, 20,2 milyon dollar
  9. Ceyson Aldin, 20,2 milyon dollar

Ləman Sultan