Banklardakı əmanətlərin həcmi açıqlandı

9 May 2015 02:08 (UTC+04:00)

Əhalinin banklardakı əmanətlərinin həcmi 7781.6 milyon manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, mart ayında əhalinin əmanətləri 7932.7 milyon manat olub. İlin əvvəlindən indiyə qədər əhalinin əmanətlərinin həcmi artıb.

Onu da bildirək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarına görə, əmanətlərin sığortalanan faizi 12 faiz təşkil edir. Banklar manatla 14 faizə qədər əmanət qəbul edirlər.

İqtisadiyyat şöbəsi