Londonda qarşıdurma

11 May 2015 09:48 (UTC+04:00)

Londonda, baş nazirin iqamətgahı qarşısında Mühafizəkarların seçki qələbəsinə etiraz edənlərin kütləvi aksiyasında qarşıdurma olub.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Nəticədə 4 polis əməkdaşının yaralandığı, 17 nəfər aksiya iştirakçısının həbs olunduğu bildirilir.