“Çempion da olsan, axmaqsan”

11 May 2015 19:09 (UTC+04:00)

Orta çəki dərəcəsində keçmiş dünya çempionu Rikki Harton hazırkı çempion Floyd Meyvezeri sərt tənqid edib.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Hatton Floydun rəqiblərinə hörmət etmədiyini deyib: “2007-ci ildə onunla döyüşdən qabaq mənim haqqımda ağzına gələni danışırdı, təhqir edirdi. Bu idmana, boksa hörmətsizlikdir. Əgər səni hamı axmaq hesab edirsə, çempion olmağından nə fayda?”

İlqar