Osmanlı sultanının hindu varisi tapıldı

12 May 2015 07:23 (UTC+04:00)

34-cü Osmanlı sultanı II Əbdülhəmidin 11 varisinin 5 ildir davam edən vərasəlik məhkəməsinə ABŞ-dakı qızıldərili varisin adı da əlavə olunub.

Axar.az türk mediasına istinadən xəbər verir ki, II Əbdülhəmidin birinci nəsil varislərinin məhkəməsində sultanın nəvəsi Samiyə xatunun ABŞ-da Lari Dappadoka adlı bir qızıldərili ilə evlənərək onun soyadını aldığı və 23 il əvvəl 78 yaşında Nyu Yorkda öldüyü məlum olub. İlk evliliyini 1863-cü ildə quran Əbdülhəmidin qız və oğlan uşaqlarından davam edən soyunun 15 nəfər olduğu müəyyənləşib. Qeyd edək ki, hazırda II Əbdülhəmidin xaricdə olan varislərinin sayını müəyyən etməyə çalışırlar.