Biznesmen Nizami Piriyev həbs edildi

12 May 2015 16:07 (UTC+04:00)

İş adamı Nizami Piriyev həbs olunub.

Publika.az-ın APA-ya istinadən məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirli bilinir.

Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.