I Avropa Oyunları xidmət sektoru üçün imtahandır – Açıqlama

12 May 2015 16:22 (UTC+04:00)

“I Avropa Oyunlarına gələn bir turist burada qaldığı müddətdə ən azı 2000 dollar xərcləyəcək”.

Bunu Milli Məclisin üzvü Rüfət Quliyev Publika.az-a açıqlamasında deyib. O qeyd edib ki, yarışlar xidmət sektoru üçün bir növ imtahandır: “Dünyanın müxtəlif ölkələrindən insanlar gələcək. İstər hotellərdəki, istərsə də iaşə müəssisələrindəki xidmət səviyyəsi beynəlxalq tələblərə cavab verməlidir”.

Millət vəkili deyir ki, I Avropa Oyunlarının iqtisadiyyat üçün daha bir töhfəsi budur ki, yarışa qatılacaq 60 ölkənin Azərbaycan haqqında təsəvvürü yaranacaq: “Azərbaycan haqqında yayılan hər bir informasiya gələcəkdə turizmin inkişafına stimul verəcək”.

O, investisiya qoyuluşlarından da danışdı. Bildirdi ki, Azərbaycan reallıqları ilə tanış olanlar sərmayə yatırmaqda maraqlı olacaqlar.

İqtisadiyyat şöbəsi