İqtidar – müxalifət dialoqunun vaxtı bəlli oldu

12 May 2015 17:34 (UTC+04:00)

Növbəti iqtidar – müxalifət dialoqunun vaxtı məlum olub.


KXCP sədri Mirmahmud Mirəlioğlu Publika.az-a açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 10:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.


Onun sözlərinə görə, görüşlə bağlı təkliflər irəli sürəcəklər.


Qeyd edək ki, bu, iqtidar və müxalifət partiyaları arasında baş tutacaq ikinci dialoqdur.


Asif Nərimanlı