Xoşqədəmdən Elgizə: “Özü bilər”

13 May 2015 10:45 (UTC+04:00)

Elgiz Əkbərin tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ilə eyni proqramda iştirakdan imtina etməsi insanlar arasında birmənalı qarşılanmayıb. Çoxları buna görə Xoşqədəm Hidayətqızını qınayıb.

Publika.az-ın məlumatına görə, X.Hidayətqızı bu məsələdə özünü günahkar saymır. Xanım aparıcı bununla bağlı özünün “İnstagram” səhifəsində belə bir şərh yazıb:

“Kim nə deyir özü bilər. Mən 6 il əvvəl başladığım işi davam etdirirəm. Bu arada Elgizin yeni layihəsi və vaxtı indikindən də əladır. Hər halda, o özü buna qərar veribsə, deməli, belədir. Elgiz də, mən də özümüz özümüzü harasa təyin etmirik. Hər ikimiz kanalın maraqlarına önəm veririk”.

Cəvahir