Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı - SON DƏQİQƏ

13 May 2015 18:23 (UTC+04:00)

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin səhhəti pisləşib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, çağırışdan sonra sabiq prezidentin Ankaradakı evinə yerli vaxtla saat 14:20-də 2 təcili yardım göndərilib.

Keçmiş prezident edilən ilkin tibbi yardımdan sonra Ankara Güvən Xəstəxanasına aparılıb. Süleyman Dəmirəlin ağciyərlərində problemin yarandığı bildirilir.