Dəbli xanımların ilanlarla rəqsi – FOTOLAR

14 May 2015 15:30 (UTC+04:00)

Məşhur İtalyan markası "Bvlgari" yeni mövsüm üçün "Serpenti" seriyasının növbəti məhsullarını təqdim edib.

İlanların qıvraqlığından ilham alınaraq hazırlanan qeyri-adi kolleksiya olduqca diqqətçəkicidir.

Qızıl və dəyərli daşlardan hazırlanan ilan formalı zinət əşyaları sinə və kürək dekolteli geyimləri xoşlayan xanımlar üçün idealdır.

Kolleksiyada qolbaqlar və üzüklər də var.

Publika.az dəb pərəstişkarlarının ağlını başından almağa layiq olan bu heyrətamiz kolleksiyanı təqdim edir:

Ləman Sultan