Qız Ərdoğan və həyat yoldaşını ağlatdı – VİDEO

15 May 2015 00:34 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı ictimaiyyət qarşısında növbəti dəfə göz yaşlarını töküb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Albaniyanın paytaxtı Tirana yaxınlığında yerləşən Preza kəndində bir məscidin açılışında baş verib.

Əziz Mahmud Fondu İşkodra İmam Natiq Məktəbinin şagirdləri tərəfindən səsləndirilən "Biz batıq səslərik” şeri və ilahiləri dinləyən Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və ailə və sosial siyasət naziri Ayşenur İslam göz yaşlarını saxlaya bilməyib.