Rəşid Behbudovun gizli sənədi üzə çıxdı – FOTO

15 May 2015 12:45 (UTC+04:00)

Tanınmış aparıcı Murad Arif dünya şöhrətli Rəşid Behbudovun 1968-ci ildə atasına bağışladığı bir xatirəni üzə çıxarıb.

Publika.az-ın məlumatına görə, Murad vaxtilə atasının Rəşid Behbudovla yaxın dost olduqlarını deyib. O, bu dostluqdan yadigar qalan bir vərəqi özünün “İnstagram” səhifəsində paylaşıb və altından bu sözləri yazıb:

“Böyük Rəşid Behbudovun atam Arif müəllimlə çox səmimi dost münasibəti olub. Təəssüf ki, bu dostluqdan yalnız bir vərəq yadigar qalıb. Selfinin olmadığı vaxtlar idi...”

Məşhur sənətkarın fotosu əks olunmuş vərəqdə Rəşid Behbudovun imzası ilə rus dilində avtoqraf yazılıb: “Əziz dostum Arifə yadigar”.

Qeyd edək ki, Murad Arifin atası tanınmış mədəniyyət adamı olub.

Cəvahir