Gəlinlikdə yeni tendensiya – FOTOLAR

15 May 2015 16:20 (UTC+04:00)

Dizaynerlər bu il gəlinlikləri bolero ilə birlikdə təklif edirlər. Onlar gəlinin toydan sonra həyat yoldaşı ilə birlikdə evə yollananda havanın sərin nəzərə alıblar.

Beləliklə, gəlinə soyuqdəyməməsi üçün orijinal gəlinlik dəstlərinə bolero əlavə olunub. Bolerolar bu gün uzun şleyfi əvəz edir, bundan başqa gəlinlik paltarını çox müasir və dəbli göstərir.

Dekolteni xoşlamayanlar dizaynerlərin təklif etdiyi bolerolu gəlinlikləri rahatlıqla geyinə biləcəklər. Üstəlik, gəlinin rəfiqələri yerə qədər sürünən şleyfi daşımaqdan azad olacaq, gəlinin özü də toyda özünü çox rahat və sərbəst hiss edəcək.

Publika.az bolerolu gəlinlik dəbinə aid bir neçə nümunə təqdim edir:

Aytən