Deputat: “Avropa Oyunlarını boykot qərarı qərəzlidir”

16 May 2015 17:05 (UTC+04:00)

“Avropa Parlamentinin Azərbaycanda keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarını baykot qərarını qətiyyətlə pisləyirəm. Çünki bu qərarı qərəzli, sifarişli və ikili standartlara dayanan bir addım kimi dəyərləndirirəm”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib.

Onun sözlərinə görə, əgər Avropa Parlamentini insan haqları bu qədər düşündürürsə, o zaman Ermənistana boykot çağırışları edilməlidir: “Avropa Parlamenti bu qədər insan haqları qayğısına qalırsa, görəsən nədən qərbdəkiləri Ermənistanda keçirilən Boloniya sisteminə dair 4-cü forumu baykot etməyə çağırmır. Axı ən çox insan haqlarını pozan ölkələrdən biri Ermənistandır. O Ermənistan ki, həmin Avropa Parlamentinin işğal altındakı torpaqlarımızla bağlı qətnamələrini saya belə almır”.

Vasif Həsənli