Türkiyənin baş prokuroru Xalça Muzeyində - FOTO

18 May 2015 00:17 (UTC+04:00)

Ölkəmizdə səfərdə olan Türkiyənin baş prokuroru Hasan Erbil və xanımı Azərbaycan Xalça Muzeyində olublar.

Muzeydən verilən məlumata görə, qonaqlar qədim Azərbaycan xalçalarına böyük maraqla baxıb, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Ətraflı məlumata görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya minnətdarlığını bildirən Hasan Erbil deyib: “Burada yaradılan şəraiti və xalçaları çox bəyəndim. Çünki buradakı sənət inciləri bizə daha yaxındır. Həyat yoldaşım Huriyyə xanım da xalça toxumaqla məşğul olduğu üçün bu sənət nümunələri mənim üçün daha çox maraq kəsb edir”.