Polis konvoyuna hücum: 3 ölü, 21 yaralı

18 May 2015 03:13 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə Avropa Birliyinin Polis Təhsil Missiyasının (EUPOL) konvoyuna hücum olub.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində üç nəfər həlak olub. 21 nəfər yaralanıb. Hadisə Kabil aeroportunun yaxınlığında baş verib.