Rusiyanın yeni ölüm silahı

18 May 2015 04:45 (UTC+04:00)

“Rusiya “Smerç” raketlərinin modernizasiyasını həyata keçirib”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Quru Qoşunlarının general-mayoru Mixail Matveyevski yayıb. Onun sözlərinə görə, yeniləşdirilmiş raketlər “Tornado-C” adlandırılacaq. O, bu raketlərin tezliklə “Smerç”ləri əvəz edəcəyini bildirib.