Azərbaycanlı teleaparıcı silikonlarından danışdı - FOTOLAR

18 May 2015 11:30 (UTC+04:00)

Məşhur teleaparıcı Vüsalə Kərimova haqqında danışılan şayiələrə son qoymaq üçün 20 il əvvəl 2-ci kursda oxuyarkən çəkdirdiyi şəkli paylaşmaq məcburiyyətində qalıb. Publika.az şəklini sosial şəbəkədə paylaşan teleaparıcı haqqında danışanların ağzını birdəfəlik yumub:

“Yaxşı ki, köhnə şəkillər var. Hamının necə dəyişdiyini görmək olur. Kim nəyini dəyişməyə çalışsa da, tarix dediyimiz bir şey var ki, həmişə adamın üzünə durmağa hazırdır. Yaxşı-yaxşı baxın görək, hardadır botoksum, silikonum və s.? Bəzilərini ağrıdacaq, yandıracaq, amma gözüm aydın!”

İsa Şükürov