Sibel Canın davamçısı başından güllələndi – VİDEO/FOTO

18 May 2015 20:31 (UTC+04:00)

“Səsi çox gözəl” mahnı müsabiqəsi ilə papulyarlaşan 19 yaşlı türkiyəli müğənni Mutlu Kaya Diyarbəkirdəki evində odlu silahla başından vurulub.

Publika.az xəbər verir ki, kimliyi məlum olmayan şəxslər tərəfindən hücuma məruz qalan gənc qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, “Səsi çox gözəl” müsabiqəsinin münsif heyətində olan Sibel Can 19 yaşlı Mutlu Kayanı öz qrupuna daxil etmək üçün Diyarbəkirə gedib onu məktəbdə ziyarət etmişdi.

Sibel Can Mutlu Kayanı “vəliəhd”i adlandıraraq onu gələcək davamçısı hesab etdiyini bildirmişdi.

Ləman Sultan