Yanan binada yanğın söndürüldü – VİDEO/SON DƏQİQƏ

19 May 2015 13:31 (UTC+04:00)

Binəqədi rayonu ərazisində “Azadlıq prospekti” metrostansiyası yaxınlığında 16 mərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, FHN-in hadisə yerinə cəlb olunan yanğınsöndürənləri və helikopterləri yanğını söndürə biliblər. Hazırda yanğın ocaqlarının tam aradan qaldırılması istiqamətində fəaliyyət göstərilir.

Binada qalan sakinlərin təxliyyəsi başa çatıb.

Anar