Küçədə beyin tapıldı - FOTO

23 May 2015 19:12 (UTC+04:00)

Nyu-York ştatının Quverner şəhərinin küçələrinin birində 9 beyin tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yerli əhali kəllədən çıxarılmış beyinləri dəmir yolu yaxınlığına aşkar edib. Mütəxəssislərin fikrincə, beyinlər ya itə, ya da qoyuna məxsusdur. Onların küçəyə hansı səbəbdən atılması məlum deyil

Polis isə yerli əhalini sakitləşdirərək burada heç bir cinayət hadisənin baş vermədiyini bildirib. Beyinləri yerə atan insan isə axtarışdadır.

Beyinlər kəllə sümüyündən səliqə ilə çıxarılıb. Bu isə beyinlərin tədqiqat üçün nəzərdə tutulduğunu göstərir.

Nura