Türklərdən ermənilərə etiraz etdilər - FOTO

24 May 2015 06:55 (UTC+04:00)

Belçikada yaşayan türklər 1915-ci il hadisələri ilə bağlı "Məni də dinlə" adlı etiraz aksiyası keçiriblər.

ANS PRESS-in məlumatına görə, aksiyada 3000-dən artıq insan iştirak edir. Etiraz edənlər Ermənistanı arxivləri açıb hadisələri araşdırmağa çağırırlar.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.