Müxalifət lideri öldürüldü - FOTO

25 May 2015 05:15 (UTC+04:00)

Afrikanın Burundi ölkəsində müxalif lider öldürülüb. Sülh və Demokratiya Birliyi Partiyasının başqanı Zed Feruzi sui-qəsd nəticəsində həyatını itirib.

Axar.az xəbər verir ki, müxalifət lideri evinin qarşısında güllələnib. Cinayəti törədənlərin avtomobilə atəş açması nəticəsində iki polis də yaralanıb. Xatırladaq ki, Burundidə uzun müddətdir Pierra Nkurunzizanın üçüncü dəfə prezident seçilməsi nümayişlərə səbəb olur.