İyunun 3-də Latviyada prezident seçkiləri keçiriləcək

26 May 2015 06:15 (UTC+04:00)

Latviya ali qanunvericilik orqanının rəyasət heyətindən bildiriblər ki, Latviyada prezident seçkiləri parlamentin növbədənkənar iclasında iyunun 3-nə təyin olunub.

Dövlət başçısını parlament üzvləri seçirlər, namizəd onların dəstəyini qazanmalıdır. Prezident kreslosu uğrunda müdafiə naziri Raymond Veyonis, Avropa Birliyi Məhkəməsinin hakimi Egils Levits, parlamentin üzvü Sergey Dolqopolov və seymin deputatı Martinş Bondars mübarizə aparacaqlar.

Qalib gələn şəxs bütün rəsmi tədbirlərdə ölkəni təmsil edəcək. Lakin qərar qəbul etmək hüququ hökumətdə qalır.

Ölkənin indiki prezidenti Andris Berzinş ikinci müddətə prezident vəzifəsinə seçkilərdə iştirak etməkdən imtina edib.